Card image cap
Nizami Gencevi adina Milli Azerbaycan Edebiyyati Muzeyi

Azərbaycanın paytaxtı qədim Bakı şəhərinin tam mərkəzində cazibədar görünüşü ilə hamının diqqətini cəlb edən bir bina ucalır – eyvanı mavi-yaşıl kaşılarla süslənmiş, tağlarında Şərqin 6 görkəmli söz ustadının – Füzulinin, Vaqifin, M.F.Axundovun, Natəvanın, C.Məmmədquluzadənin və C.Cabbarlının möhtəşəm heykəlləri ucalan bir bina. Bu bina dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyatı Muzeyidir. 70 ildən artıqdır ki, dünyada yeganə ədəbiyyat muzeyi sayılir.