Card image cap
Braun Universiteti

Braun Universiteti  ABŞ-da Providens şəhərində yerləşən dövlət və ölkənin ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Əsası 1764-cü ildə Ceyms Menninq tərəfindən qoyulub.

Universitet Əsas, Pembrok, Şərq kampuslarından ibarətdir. Akademik binaların əksəriyyəti Əsas kampusda, Pembrok Qadınlar üçün Tədris və Tədqiqat, Koqut Humanitar Elmlər mərkəzləri, tələbə yataqxanaları, yeməkxanalar, əyləncə mərkəzləri isə Pembrok kampusunda yerləşir. Şərq kampusu isə Braun Universiteti tərəfindən 1969-cu ildə 5 milyon ABŞ dollarına əldə olunub, 1971-ci ildən isə rəsmən Braun Universitetinin kampusu elan edilib.

Braun Universitetində 3 kollec fəaliyyət göstərir:

Bakalavr kolleci;

Ali kollec;

Alpert Tibb Məktəbi.

Bakalavr Kolleci universitetin əsas hissəsidir və ali məktəbin yarandığı andan fəaliyyət göstərir. Hazırda bu kollecin tələbələrinin sayı 6347 nəfərdir.

Ali Kollec universitetdə 1887-ci ildə yaradılıb. Burada 50-dən çox ixtisas üzrə 1832 nəfər tələbə təhsil alır.

Braun Universitetinin kitabxana sisteminə 6,8 milyon cild kitab, dövri nəşr, xəritə, əlyazma, musiqi əsərləri və s. daxildir.

Braun Universitetinin nəzdində bir neçə muzey fəaliyyət göstərir: Braun Haffenreffer Antropologiya Muzeyi, Annmary Braun Memorial muzeyi və Bell Qalereyası.

Braun Universitetində tələbələrin təhsil haqqı onların oxuduğu məktəb, fakültə və proqramdan asılı olaraq dəyişir. Tələbələrin təhsil haqqı ümumilikdə 38048 ABŞ dolları təşkil edir. Tələbələrin qidalanması və digər xərcləri isə 11080 ABŞ dolları dəyərindədir. Təhsil haqqı da daxil olmaqla, tələbəyə təxminən 49128 ABŞ dolları dəyərində məbləğ lazım olur.

Universitet “QS  World University Rankings 2015-2016” əsasən 49-cu sırada yer alıb.