Card image cap
Vyana Texniki Universtiteti

1815-ci ildə təsis edilən Vyana Texniki Universiteti təxminən iki əsrlik tarixi ilə Avropanın ən yaxşı 10 texniki universitetlərindən biridir. Avstriya ən böyük elmi və texniki tədqiqat və tədris müəssisəsi olması ilə bərabər, dünya tərəfindən tanınan, beynəlxalq platformdaki yeri olduqca güclü olan bir universitetdir.

Şüarı “İnsanlar üçün texnologiya” və vəzifəsi “mükəmməl elm” olan universitetin əsas binası şəhərin mərkəzində yerləşir. Universitetdə 20 mindən çox tələbə və 2500-dən çox professor və alim heyəti var. 4 mərtəbəli böyük kitabxanadan və kompyuter laboratoriyalarından istifadə etmək üçün universitetin tələbəsi olmaq kifayətdir.

Universitet yenilikçidir, inkişafa daim açıqdır və bu istiqamətdə dərs sistemi davamlı olaraq yenilənir. Texniki Universitet biznes və sənaye dünyasında çoxlu tərəfdaşlarla birgə fəaliyyət göstərərək tədqiqat və inkişaf layihələrində fəal rol oynayır. Universitetin texnoloji imkanları, yaxşı təchiz edilmiş tədqiqat obyektləri  iqtisadi tələblərinə cavab verir.

Tələbələrin müxtəlif layihələr üzrə iştirakına və fəaliyyətinə böyük əhəmiyyət verən Vyana Texniki Universiteti bakalavr və magistr diplomuna sahib olan tələbələrin karyera imkanlarını da genişləndirmişdir. Bu məqsədlə 2004-cü ildə TU Karyera Mərkəzi yaradıldı və yeni məzunlar üçün iş tapmaq asanlaşdı.