Card image cap
Rogaşka Slatina

Rogaşka Slatina bütün Avropada məşhur olan Sloveniyalı müalicəvi kurortdur. İstirahət edənlərin, şəfasına gözəl imkanlar yaradır. Kurort, sanatoriya-kurort proqramı ilə nəzərdə tutulub, amma böyük diqqət idman və turizm proqramlarına yetirilir. Avropada bakterioloji təmizlik və magnezium məzmununa görə analoqu olmayan Mineral su mənbəyidir . Kurort Avstria – Macarıstan imperiyası dönəmindən bəri məhşur olmuşdur.

Müalicənin əsasını "Donat Mg" təşkil edir. Bu, dünyada yeganə mineral sudur. Tərkibi 1 litr suda 13 q quru maddə təşkil edir ki, onun 1000 mq-ı maqnium təşkil edir. "Donat Mg" çox gözəl unikal mineral suyun, həmçinin təcrübəli mütəxəssislərin peşəkarlığı ilə seçilən turizm mərkəzlərindən biri hesab edilir. Təbii müalicəvi mineral su "Donat Mg" tərkibindəki yüksək maqnezium-oksid və mineral maddələrin olması ilə müalicəvi əhəmiyyətə malik və çoxsaylı xəstəliklərin müalicəsində istifadə olunur. "Donat Mg" mineral suyu aşağıdakı xəstəliklərin müalicəsində tövsiyə edilir:

• həzm yolu xəstəliklərinin müalicəsi, qaraciyər, mədəaltı vəzi, sinir sistemi, ürək-damar sisteminin xəstəlikləri;

• şəkərin səviyyəsinin düşməsinə, xolesterin, həmçinin arterial təzyiqin azalmasına əlverişli təsir göstərir;

• Qəbz, piylənmə, hiperasid qastridlərdə əvəzolunmaz hesab edilir;

• Stress hallarında, aşırı fiziki və beyni yorğunluqlarında, spirtli içkilərdən sonra, ciddi

diyetalarda orqanizmin ehtiyacı olan maqnezium maddəsinin alınmasını təmin edir.

Revmatizm, oynaq vı onurğa xəstəliklərində, əzələ və sümük ağrısı, zəifləmiş qan dönranı hallarında termal mineral sularından istifadə etmək məsləhət görülür